Bakı “İnter”i 2 futbolçu ilə gücləndi
30 avqust 2010 19:19 (UTC +04:00)

Bakı “İnter”i 2 futbolçu ilə gücləndi

Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt klubu makedoniyalı dayaq yarımmüdafiəçəsi Filip Despotovski və təcrübəli qapıçı Dmitri Kramarenko ilə 1 illik müqavilə imzalayıb.

27 yaşlı Despotovski “İnter”ə azad agent statusu ilə keçib. Onun son komandası Ukraynanın “Vorskla”(Poltava) olub. Karyerası ərzində F.Despotovski “Vardar”(Skopye), OFK (Belqrad) və "Etnikos"(Pirey) kimi komandalarda oynayıb. Kramarenkonun son komandası isə “Xəzər-Lənkəran” olub.

Qeyd edək ki, müqavilə imzalanmasında dərhal sonra Filip Despotovski Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 2 qarşılaşma keçirəcək Makedoniya milli komandasının düşərgəsinə yollanıb. Makedoniya sentyabrın 3-də Slovakiya, sentyabrın 7-də isə Ermənistan yığmasıyla qarşılaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 799

Oxşar yazılar