“Lokomotiv”in idman zalı yenidən açıldı
12 aprel 2010 13:30 (UTC +04:00)

“Lokomotiv”in idman zalı yenidən açıldı

İdman-Sağlamlıq Mərkəzinin Biləcəridəki idman kompleksinin təmirdən sonrakı açılışı dəmiryolçu-idmançılarla yanaşı nazirləri də sevindirib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin Biləcəri qəsəbəsindəki idman kompleksi əsaslı təmirdən sonra istifadəyə verilib. Açılış mərasimində nəqliyyat naziri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Ziya Məmmədov, Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Azərbaycan İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Gənclər və idman naziri Azad Rəhimov, voleybol üzrə ikiqat olimpiya və üçqat dünya çempionu, vaxtilə “Lokomotiv”in şərəfini qorumuş İnna Rıskal da iştirak edib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, təntənəli açılış mərasimində “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verilib. Mərasimdə çıxış edən Azad Rəhimov, MOK-un birinci vitse-prezidenti Çingiz Hüseynzadə, dünya çempionu İnna Rıskal Azərbaycanda idmana göstərilən qayğıdan danışıblar. Onlar “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin voleybolçularının təlim-məşq toplantılarını keçirmək üçün burada hər cür şəraitin yaradıldığını qeyd ediblər.

Xatırladaq ki, “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi Zaqafqaziya Dəmir Yolu “Lokomotiv” Yol könüllü İdman Cəmiyyətinin rayon şurasının qərarı ilə 1936-cı ildə yaradılıb. Sonralar 1989-cu ildə “Lokomotiv” Yol bədən tərbiyə və idman klubu kimi formalaşıb. 1998-ci ildə “Lokomotiv” Yol bədən tərbiyə və idman klubunun bazasında “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzi yaradılıb.

Dəmiryolçu-idmançılar respublikamızda bədən tərbiyəsi idman hərəkatının inkişafında mühüm rol oynayırlar. Hazırda “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzində 8 idman növü, o cümlədən voleybol, futbol, stolüstü tennis, komandan ox atma, boks, cüdo, sərbəst güləş, yunan-Roma güləşi üzrə bölmələr fəaliyyət göstərir. Burada 2000 nəfərdən çox dəmiryolçu-idmançı məşğul olur.

Mərkəzdə 4 idman qurğusu fəaliyyət göstərir ki, onlardan biri də 1912-ci ildə inşa edilmiş zal bu gün nadir idman qurğularından biri kimi qorunub-saxlanmaqdadır. Eyni zamanda respublikan müxtəlif bölgələrində, o cümlədən qərb zonası üzrə Gəncədə, aran zonası üzrə Ucarda, şimal zonası üzrə Dəvəçidə, cənub zonası üzrə Salyanda mərkəzin idman bölmələri də fəaliyyət göstərir.

Fəaliyyət göstərdiyi illər ərzində “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzində bir çox idmançılar beynəlxalq yarışlarda fəxri kürsünün yüksək pilləsinə sahib olublar: olimpiya çempionu (1968-ci il) və dünya çempionu (1970-ci il) voleybolçu Vera Lantratova, kamandan ox atma üzrə Avropa çempionu (1975-ci il) Vladimir Maksimov, cüdo üzrə keçmiş SSRİ xalqları Spartakiadasının qalibi (1991-ci il) Elçin İsmayılov, cüdo üzrə Avropa çempionu (1992-ci il) Gülşən Şirinova, üç təkanla tullanmaq üzrə Asiya çempionu (1993-cü il) yüngül atlet Aleksey Fatyanov, boks üzrə Dünya çempionatında II yer (2005-ci il) Emil Məhərrəmov, yunan-Roma güləşi üzrə gənclər arasında Avropa və Dünya çempionu (2009-cu il) Orxan Əhmədov və başqaları Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyublar.

İdmanda göstərdikləri xidmətlərinə görə “Lokomotiv” İdman-Sağlamlıq Mərkəzinin onlarla idman mütəxəssisləri dövlət tərəfindən müxtəlif fəxri adlarla və mükafatlarla təltif olunublar.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2032

Oxşar yazılar

PSJ onun üçün 200 milyon  ödəməyə hazırdır

PSJ onun üçün 200 milyon ödəməyə hazırdır

12 iyul 2024 , 19:48
Kepa "Real"a  qayıdacaq,   Lunin gedərsə...

Kepa "Real"a qayıdacaq, Lunin gedərsə...

12 iyul 2024 , 18:46
Futbol klubu almaq  istəyir

Futbol klubu almaq istəyir

12 iyul 2024 , 16:28
FHN-in qurumları arasında çempionata yekun vurulub

FHN-in qurumları arasında çempionata yekun vurulub

12 iyul 2024 , 14:51
Sautqeytlə bağlı qərar verildi

Sautqeytlə bağlı qərar verildi

12 iyul 2024 , 13:00
Klopp bu təklifi rədd etdi

Klopp bu təklifi rədd etdi

12 iyul 2024 , 09:58
Olimpiya oyunları üçün bu qədər bilet satıldı -  Yeni rekord

Olimpiya oyunları üçün bu qədər bilet satıldı - Yeni rekord

12 iyul 2024 , 02:12
Kərəmin menecerinə saxtakarlıq  İTTİHAMI

Kərəmin menecerinə saxtakarlıq İTTİHAMI

11 iyul 2024 , 23:05