MOİK-in ölümdən qurtulan futbolçusu xəstəxanadan evinə buraxıldı
MOİK-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda Sumqayıtdakı evinə gətirilən 24 yaşlı hücumçunun səhhəti qaydasındadır.
Bununla belə, Tağıyev paytaxt xəstəxanalarının birində ümumi tibbi müayinədən keçəcək.
Qeyd edək ki, Nicat Tağıyev avqustun 29-da keçirilən oyunun 25-ci dəqiqəsində “Qəbələ”nin qapıçısı Pavel Doroşevlə toqquşma nəticəsində yerə yıxılıb. Huşunu itirən Tağıyevə meydançada təcili tibbi yardım göstərilib. 10 dəqiqəyədək davam edən yardımdan sonra onu həyata qaytarmaq mümkün olub. Ardından hücumçu Qəbələ şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

747