Qanalı ulduz: “Qalatasaray”la anlaşdım”
“Qalatasaray” klubu Qana milli komandasının oyunçusu Annanı transfer etməyə yaxındır. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, hazırda “Rosenburq” komandasında oynayan qanalı ulduz deyib ki, “Qalatasaray”la anlaşıb.
“Rosenburq”un “Start”ı 3:2 hesabı ilə məğlub etdiyi oyundan sonra açıqlama verən Anan bildirib ki, meneceri ilə danışıb: “Mən “Qalatasaray”la anlaşdım, artıq qərar “Rosenburq”undur. Planım öncə milli komandanın qarşıdan gələn oyununda iştirak etmək, oradan da Türkiyəyə getməkdir”.

707