“Ermənistana sanksiyalar tətbiq edilə bilər”
Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının baş məşqçisi Elçin Cəfərov aprelin 13-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində start götürəcək Avropa çempionatına Ermənistan yığmasının qatılmamasına münasibət bildirib.
Lent.az-ın məlumatına görə, Cəfərov hər bir komandanın öz hazırlığına cavabdehlik daşıdığını açıqlayıb.
O, rəqiblərin kimliyindən asılı olmayaraq, güləşçilərimizin bütün yarışlara ciddi hazırlaşdıqlarını söyləyib: “Kimin gəlib-gəlməməsindən, hansı yarışa hazırlaşıb-hazırlaşmamağımızdan asılı olmayaraq, güləşçilərimiz bütün yarışlara ciddi yanaşırlar. Bir rəqibin artıq gələcəyi, digərinin gəlməyəcəyi bizi maraqlandırmır. Hər bir komanda özünə görə cavabdehlik daşıyır. Biz hesab edirik ki, bir rəqibin az və ya çoxluğu pəhləvanlarımız üçün fərq etməz”.
Cəfərov Ermənistan millisinin Avropa çempionatında iştirak etmədiyi üçün bu ilki dünya çempionatına buraxılmayacağı haqda xəbərlərin həqiqətə uyğun olmadığını əlavə edib: “Xeyr, elə bir şey yoxdur. Biz Avropa çempionatına hazırlıqla əlaqədar İrəvanda keçirilmiş Dünya Kubokunda iştirak etmədik. Yəqin ki, onlar da dünya çempionatına hazırlıqla əlaqədar Avropa çempionatına qatılmırlar. Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası tərəfindən müəyyən sanksiyalar ola bilər. Amma dünya çempionatından məhrum edilmə cəzası nəzərdə tutulmayıb”.

Oxşar yazılar

Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11
Azərbaycan güləşçisi Avropa çempionu oldu
3 iyul 2025 , 04:19
Azərbaycan güləşçisi Avropa çempionatının FİNALINDA
2 iyul 2025 , 22:54
Tezliklə toy olacaq: Kərim Benzema aktrisa ilə evlənəcək
2 iyul 2025 , 19:58