“Everton” Araz Abdullayevi “Neftçi”dən rəsmən istədi
İngiltərənin “Everton” klubu Azərbaycan milli komandasının futbolçusu Araz Abdullayevin transferi ilə bağlı “Neftçi” komandasına rəsmi təklif göndərib.
Bu haqda Lent.az-a “Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib.
Onun sözlərinə görə, təklif “Everton”un Beynəlxalq Əlaqələr və Futbol Əməliyyatları Departamentinin rəhbəri David Harrisonun imzası ilə bu gün “Neftçi”nin prezidenti Sadıq Sadıqovun adına gəlib. Mətnin məzmunu belədir: “Biz sizin oyunçunuz Araz Abdullayevin gələcək futbolçu karyerasını “Everton”da davam etdirməsində maraqlıyıq və bununla bağlı danışıqlara başlamağa hazırıq”.
Əşrəfoğlu məsələnin Sadıq Sadıqovun nəzarətində olduğunu, yaxın günlərdə bununla bağlı geniş açıqlama veriləcəyini bildirib.
Qeyd edək ki, Azərbaycan və Şotlandiyanın gənclərdən ibarət komandaları arasında bu günlərdə keçirilən Avropa çempionatının seçmə matçında (2:2) “Everton”un iki meneceri bir-birindən xəbərsiz Arazın oyununu izləyib. Sonradan onlar komandalarının rəhbərliyinə Abdullayevlə bağlı müsbət rəy veriblər. Bütün bunlar isə “Everton”un 18 yaşlı yarımmüdafiəçinin transferində israrlı olduğunu göstərir.

Oxşar yazılar

“Ayntraxt”ın hücumçusunun yeni sevgilisi: gözəl modellə dincəlir - FOTOLENT
4 iyul 2025 , 10:15
Klublararası dünya çempionatı həmişəlik ləğv ediləcək: nə məlumdur?
3 iyul 2025 , 19:20
"Qəbələ" Futbol Akademiyası fəaliyyətini dayandırdı
3 iyul 2025 , 17:38
Luçesku yayda Rumıniya millisinin baş məşqçisi postundan gedəcək
3 iyul 2025 , 14:48
"Liverpul"un 28 yaşlı futbolçusu yol qəzasında öldü
3 iyul 2025 , 12:24
Suaresin "İnter Mayami"dəki gələcəyi müəyyənləşdi
3 iyul 2025 , 12:18
"Hazır ol, “Barselona” və bütün dünya" - Yamal görün nə deyir
3 iyul 2025 , 10:11