UEFA Superkubokunu “Atletiko” qazandı
Avropa Liqasının qalibi Madridin “Atletiko” klubu Çempionlar Liqasının qalibi olan Milanın “İnter” klubunu UEFA Superkubokunda məğlub edib. Lent.az-ın “uefa.com” saytına istinadən verdiyi məlumata görə, Monakonun Lui II stadionunda keçirilən oyunda “Atletiko” klubunun qollarını 62-ci dəqiqədə Xose Antonio Reyes, 83-cü dəqiqədə Serxio Aquero vurub və komanda ilk dəfə belə bir uğura imza atıb.
Oyunun əsas vaxtının son dəqiqələrində isə “İnter” 11 metrlik cərimə zərbəsi vurmaq hüququ əldə edib. Ancaq Qoran Pandevin zərbəsini “Atletiko”nun 19 yaşlı gənc qapıçısı David de Xea dəf edib.
Oyunun əsas vaxtının son dəqiqələrində isə “İnter” 11 metrlik cərimə zərbəsi vurmaq hüququ əldə edib. Ancaq Qoran Pandevin zərbəsini “Atletiko”nun 19 yaşlı gənc qapıçısı David de Xea dəf edib.
831