Heydər Babayevin oğlu “Standard”ı Azərbaycan çempionatından çıxardı
27 avqust 2010 18:56 (UTC +04:00)

Heydər Babayevin oğlu “Standard”ı Azərbaycan çempionatından çıxardı

Lent.az-ın məlumatına görə, yeni mövsümdə aşağı liqada 14 komanda mübarizə aparacaq.

Onların arasında ötən mövsüm Unibank Premyer Liqasını tərk edən 2 klubdan 1-i - “Standard” yoxdur. Sumqayıt klubunun rəsmisi Zülfüqar Nəbiyev Lent.az-a açıqlamasında bu mövsüm I divizionda iştirakla bağlı məsələləri yoluna qoya bilmədiklərini söyləyib. Lakin o, “Standard”ın fəaliyyətini davam etdirəcəyini vurğulayıb. Nəbiyevin sözlərinə görə, prezident Emin Babayevin istəyilə klubda struktur dəyişikliyi aparılacaq.

Elitanı tərk edən digər klub – “Karvan” isə I divizionda çıxışlarını davam etdirəcək. Ümumilikdə aşağı liqadakı komandaların 9-u əyalətləri, 5-i isə paytaxtı təmsil edəcək.

I turun oyunları 4-5 sentyabrda keçiriləcək:

"Energetik" (Mingəçevir) - "Ədliyyə" (Bakı)

"Karvan" (Yevlax) - "Neftçi" İSM (Bakı)

"Şuşa" - "Anşad Petrol" (Neftçala)

"Sumqayıt" - MKT "Araz" (İmişli)

"Göyəzən" (Qazax) - "Rəvan" (Bakı)

"Şahdağ" (Qusar) - "Bakılı"

"Abşeron" (Bakı) - "Şəmkir"
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1532

Oxşar yazılar