“Qalatasaray” və “Fənərbağça” üçün Avroliqa bitdi
26 fevral 2010 12:00 (UTC +04:00)

“Qalatasaray” və “Fənərbağça” üçün Avroliqa bitdi

Futbol üzrə Avropa Liqasında 1/16 final mərhələsinin daha 15 cavab görüşü keçirilib.


Lent.az-ın məlumatına görə, Türkiyəni təmsil edən “Qalatasaray” və “Fənərbağça” klubları mübarizəni dayandırıb.

“Cim-Bom” “Əli Sami Yen” stadionunda İspaniya “Atletiko”suna uduzub – 1:2. Bu məğlubiyyətdə görüşün italiyalı baş hakimi Canluka Rokkinin “əməy”i az olmayıb. 80-ci dəqiqədə “sarı-qırmızılar”ın futbolçusu Caner Erkinə qarşı açıq-aşkar kobudluğun qarşılığında “Atletiko”nun qapısına penalti təyin etməyən hakim bundan iki dəqiqə sonra Erkini meydançadan qovub. Azlıqda qalan “Qalatasaray” sonuncu dəqiqədə qapısından 2-ci topu buraxaraq, məğlub olub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, növbəti mərhələyə məhz İspaniya təmsilçisi çıxıb.


“Fənərbağça” isə Fransa “Lill”inə 1:2 hesablı səfər məğlubiyyətinin əvəzini “Şükrü Saracoğlu” stadionunda çıxa bilməyib. Əmrə Belözoğlunun qolu ilə öndə olan “sarı-lacivərdlilər”i sona 5 dəqiqə qalmış Adil Rami məyus edib – 1:1.


22:00. “Anderlext” (Belçika) - “Atletik” (İspaniya) – 4:0
Romelu Lukaku, 4. Mikel San Xose Dominges, 28. Roland Yuhas, 50. Conatan Luger, 68
İlk oyun – 1:1


22:00. “Qalatasaray” (Türkiyə) - “Atletiko” (İspaniya) – 1:2
Abdulkader Keyta, 66 – Simao, 63. Dieqo Forlan, 90
Qırmızı vərəqə: Caner Erkin, 82 (“Qalatasaray”)
İlk oyun – 1:1


22:00. “Marsel” (Fransa) - “Kopenhagen” (Danimarka) – 3:1
Hatem Ben Arfa, 43. Bakari Kone, 62; 78 – Aylton Xose Almeyda, 87
İlk oyun – 3:1


22:00. PSV (Hollandiya) - “Hamburq” (Almaniya) – 3:2
Ola Toyvonen, 2. Balas Sudsak, 43. Danni Koverman, 90 – Mladen Petriç, 46. Pyotr Troxovski, 79-penalti ilə
Qırmızı vərəqələr: Balas Sudsak, 58 (PSV) – Qay Demel, 74 (“Hamburq”)
İlk oyun – 0:1


22:00. “Roma” (İtaliya) - “Panatinaikos” (Yunanıstan) – 2:3
Yon Arne Riise, 12. Daniele de Rossi, 67 – Cibril Sisse, 40-penalti ilə; 45. Sotirios Ninis, 43
Qırmızı vərəqə: Konstantinos Katsuranis, 90 (“Panatinaikos”)
İlk oyun – 2:3


22:00. “Şaxtyor” (Ukrayna) - “Fulhem” (İngiltərə) – 1:1
Jadson, 69 – Brede Hangeland, 33
Qırmızı vərəqə: Danni Mörfi, 90 (“Fulhem”)
İlk oyun – 1:2


22:00. “Unirya” (Rumıniya) - “Liverpul” (İngiltərə) – 1:3
Bruno Fernandes, 19 – Xavyer Mskerano, 30. Rayan Babel, 41. Stiven Cerrard, 57
İlk oyun – 0:1


00:05. “Fənərbağça” (Türkiyə) - “Lill” (Fransa) – 1:1
Əmrə Belözoğlu, 35 – Adil Rami, 85
İlk oyun – 1:2


00:05. “Hapoel” (İsrail) – “Rubin” (Rusiya) – 0:0
İlk oyun – 0:3


00:05. “Yuventus” (İtaliya) - “Ayaks” (Hollandiya) – 0:0
İlk oyun – 2:1


00:05. “Zalsburq” (Avstriya) - “Standard” (Belçika) – 0:0
İlk oyun – 2:3


00:05. “Sportinq” (Portuqaliya) – “Everton” (İngiltərə) – 3:0
Migel Velozo, 64. Joao Pedro Moreyro Mendes, 77. Matias Fernandes, 90
İlk oyun – 1:2


00:05. “Valensiya” (İspaniya) - “Brügge” (Belçika) – 3:0 (əsas vaxt – 1:0, əlavə vaxt – 2:0)
Xuan Mata, 1. Pablo Ernandes, 97; 117
İlk oyun – 0:1


00:05. “Verder” (Almaniya) - “Tvente” (Hollandiya) – 4:1
Klaudio Pizarro, 15; 20; 58. Naldo, 27 – Luk de Yonq, 33
İlk oyun – 0:1


00:05. “Volfsburq” (Almaniya) - “Vilyarreal” (İspaniya) – 4:1
Edin Ceko, 10. Lopes Ruano Angel, 15. Kristian Gentner, 42. Grafite, 64 – Xuan Kapdevilya, 30
İlk oyun – 2:2


23 fevral
“Benfika” (Portuqaliya) - “Herta” (Almaniya) – 4:0
İlk oyun – 1:1.


Beləliklə, martın 11-də və 18-də keçiriləcək 1/8 finalda görüşəcəklər:

“Rubin” – “Volfsburq”
“Hamburq” – “Anderlext”
“Atletiko” – “Sportinq”
“Benfika” – “Marsel”
“Panatinaikos” – “Standard”
“Lill” – “Liverpul”
“Yuventus” – “Fulhem”
“Valensiya” – “Verder”.
# 783

Oxşar yazılar