AFFA “Xəzər-Lənkəran”dan qorxdu
AFFA-nın Apellyasiya və Ekspert Komissiyası (AEK) “Xəzər-Lənkəran” klubuna qarşı İntizam Komitəsi tərəfindən tətbiq edilən cəzanın icrasını müvəqqəti dayandırıb.
Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, tərəflərə Lənkəran şəhərində klub tərəfindən növbəti rəsmi oyun keçirilənə qədər baş sponsor “Unibank”ın bannerlərinin yerləşdirilməsi barədə razılığa gəlinməsi təklif olunub.
İntizam Komitəsinin “Xəzər Lənkəran”la bağlı qəbul etdiyi qərara Lənkəran şəhərində klub tərəfindən növbəti rəsmi oyun keçiriləndən sonra baxılacaq.
Qeyd edək ki, “Xəzər-Lənkəran” klubu Lənkəran şəhər mərkəzi stadionunda keçirdiyi oyunlarda Unibank Premyer Liqasının baş sponsorunun reklam bannerini yerləşdirməkdən imtina edib. İntizam Komitəsinin xəbərdarlığına məhəl qoymayan klub rəhbərliyi 2000 manat cərimələndikdən sonra AEK-ə şikayət edib.

Oxşar yazılar

"Real Madrid"in 18 yaşlı ulduzu evləndi
19 iyul 2025 , 02:44
Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi
18 iyul 2025 , 18:55
Lukas Vaskes İtaliyanın iki nəhəng klubunun hədəfində
18 iyul 2025 , 15:52
FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionata yekun vurulub
18 iyul 2025 , 13:47
Arda Turanın ukraynalı müxbirə müsahibəsi olay oldu
18 iyul 2025 , 13:47
Rekord təklif: Vinisius ən bahalı transfer ola bilər
18 iyul 2025 , 13:04
Levandovski ən çətin göstəricidə Messiyə çatdı: çətin ki, kimsə buna nail olsun
18 iyul 2025 , 09:39