Almaniya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
27 avqust 2010 15:51 (UTC +04:00)

Almaniya yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı

Lent.az-ın Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən verdiyi məlumata görə, Bundestimin baş məşqçisi Yoahim Löv qarşıdakı görüşlərə 21 futbolçu çağırıb.
Onların arasında dünya çempionatını zədə üzündən buraxan 34 yaşlı yarımmüdafiəçi Mixael Ballak yoxdur. Löv Ballaka bir müddət istirahət verməyi qərara alıb. Belçika və Azərbaycanla oyunlar haqda qısa açıqlama verən 50 yaşlı mütəxəssis seçmə tsiklə uğurla start götürmək istədiklərini bildirib.
Qapıçılar
22. Rene Adler (“Bayer”)
1. Manuel Nöyer (“Şalke-04”)
12. Tim Vize (“Verder”)

Müdafiəçilər
14. Holger Badştuber (“Bavariya”)
2. Marsel Yansen (“Hamburq”)
16. Filipp Lam (“Bavariya”)
17. Per Mertezaker (“Verder”)
4. Saşa Ritter (“Volfsburq”)
5. Heyko Vestermann (“Hamburq”)

Yarımmüdafiəçilər
19. Kakau (“Ştutqart”)
6. Sami Xedira (“Real”, İspaniya)
18. Toni Kroos (“Bavariya”)
21. Marko Marin (“Verder”)
13. Tomas Müller (“Bavariya)
8. Məsut Özil (“Real”, İspaniya)
10. Lukas Podolski (“Köln”)
7. Bastian Şvaynştayger (“Bavariya”)
24. Kristian Traş (“Ştutqart”)

Hücumçular
23. Mario Qomes (“Bavariya”)
9. Ştefan Kisslinq (“Bayer”)
11. Miroslav Kloze (“Bavariya”).

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1376

Oxşar yazılar