“İnter”in futbolçuları mükafat qoymadı - FOTO
Lent.az-ın məlumatına görə, UEFA prezidenti Mişel Platini həmin mükafatı İtaliyanın “İnter” klubunun argentinalı hücumçusu Dieqo Militoya təqdim edib.
Öz amplualarında ötən mövsümün ən yaxşıları adına da “İnter”in oyunçuları layiq görülüblər. Bunlar braziliyalı qapıçı və müdafiəçi Julio Sezarla Maykon, hollandiyalı yarımmüdafiəçi Uesli Sneyder və argentinalı hücumçu Dieqo Militodur.
Ən yaxşı futbolçular ötən mövsüm 1/8 finala yüksəlmiş komandaların baş məşqçiləri arasındakı sorğu nəticəsində müəyyənləşib. Onlar seçimlərini avqustda açıqlanan 12 nəfərlik qısa siyahıdan ediblər.
Qeyd edək ki, 2009-2010-cu il mövsümündə Çempionlar Liqasının qalibi məhz “İnter” olub.

743