Çempionlar Liqası: Püşk atıldı
27 avqust 2010 10:32 (UTC +04:00)

Çempionlar Liqası: Püşk atıldı

Futbol üzrə Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. Lent.az-ın məlumatına görə, Monakoda baş tutan püşkatma nəticəsində Avropanın ən nüfuzlu klub turnirində Türkiyənin yeganə təmsilçisi “Bursaspor”a “Mançester Yunayted”, “Valensiya” və “Reyncers” rəqib olub.

Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadovun komandası “Tvente” isə Çempionlar Liqasının son qalibi “İnter”lə eyni qrupa düşüb. Amma Cavadovun adı Hollandiya çempionunun iştirak ərizəsinə daxil edilməyib.

A qrupu: “İnter” (İtaliya), “Verder” (Almaniya), “Tottenhem” (İngiltərə), “Tvente” (Hollandiya)

B qrupu: “Lion” (Fransa), “Benfika” (Portuqaliya), “Şalke-04” (Almaniya), “Hapoel” (Təl-Əviv, İsrail)

C qrupu: “Mançester Yunayted” (İngiltərə), “Valensiya” (İspaniya), “Reyncers” (Şotlandiya), “Bursaspor” (Türkiyə)

D qrupu: “Barselona” (İspaniya), “Panatinaikos” (Yunanıstan), “Kopenhagen” (Danimarka), “Rubin” (Rusiya)

E qrupu: “Bavariya” (Almaniya), “Roma” (İtaliya), “Bazel” (İsveçrə), ÇFR (Rumıniya)

F qrupu: “Çelsi” (İngiltərə), “Marsel” (Fransa), “Spartak” (Moskva, Rusiya), “Jilina” (Slovakiya)

G qrupu: “Milan” (İtaliya), “Real” (İspaniya), “Ayaks” (Hollandiya), “Oser” (Fransa)

H qrupu: “Arsenal” (İngiltərə), “Şaxtyor” (Ukrayna), “Braqa” (Portuqaliya), “Partizan” (Serbiya).

İlk turun oyunları 14/15 sentyabrda keçiriləcək. Qalan oyunlar isə 28/29 sentyabr, 19/20 oktyabr, 2/3 noyabr, 23/24 noyabr və 7/8 dekabrda baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1674

Oxşar yazılar