ŞOK! AFFA milli komandanın fəaliyyətini dayandırdı
Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu addım dünya çempionatının Avropa zonası üzrə qrup mərhələsində yığmamızın çıxışlarını başa vurmasından sonra atılıb.
AFFA qərara alıb ki, ölkəmizdə qadın futbolunun inkişafını sağlam təməl üzərində qurmaq və yeni futbolçu nəslinin yetişdirilməsi məqsədilə qadınlardan ibarət milli komandanın Avropa və dünya çempionatlarının seçmə mərhələlərində iştirakı müvəqqəti olaraq dayandırılsın. Bununla bağlı AFFA-nın saytında yerləşdirilən məlumatda ölkəmizdə qadın futbolunda son illər baş verən qalmaqallara toxunulub. Ölkə çempionatının 2007-ci ildə baş verən qalmaqal üzündən ləğvi, 19 yaşlılardan ibarət millimizin heyətində 6 “lipa”nın çıxış etməsi, bu səbəbdən, həmin komandanın 2011-ci ilədək bütün yarışlardan kənarlaşdırılması xatırlanıb.
Bununla yanaşı, əsas yığmamız seçmə oyunlarda biabırçı çıxış edərək, 4 səfər matçında qapısından 54 top buraxıb.
Qeyd edək ki, 2012-ci ildə 17 yaşadək qızlar arasında dünya çempionatı Bakıda keçiriləcək. Bu məqsədlə indidən almaniyalı mütəxəssis Sissi Raytın rəhbərliyi altında 15 yaşlılardan ibarət yeni milli komandanın formalaşdırılmasına başlanılıb.

Oxşar yazılar

"Barselona" səfərdə qələbə qazandı
24 avqust 2025 , 02:32
"Fənərbağça" evdə qələbə qazandı
24 avqust 2025 , 00:47
40 milyonluq futbolçunu ərəblərə 70 milyona satırlar
23 avqust 2025 , 18:04
Tomas Müller kimin daha yaxşı olduğunu söylədi – Messi, yoxsa Ronaldo: karyerası illərində seçimini dəyişib
23 avqust 2025 , 14:16
7 min metrlik zirvədən düşə bilməyən alpinist dünyasını dəyişdi
23 avqust 2025 , 12:25
"Barselona" və "Real" çox gəncləşib. La Liqada orta yaşı ən aşağı olan hansı komandadır?
23 avqust 2025 , 09:40
“Bavariya” “Leyptsiq”i darmadağın etdi
23 avqust 2025 , 02:48