Türkiyə yığmasının futbolçusu “Borussiya”ya xəbərdarlıq etdi
Lent.az-ın “Reviever Sport” nəşrinə istinadən verdiyi məlumata görə, 21 yaşlı yarımmüdafiəçi Dortmunddakı ilk qarşılaşmada 4:0 hesabı ilə qalib gəlmələrinə baxmayaraq, Bakıda baş tutacaq təkrar matçın heç də asan olmayacağını bildirib.
Şahinin fikrincə, rəqibi qiymətləndirməmək və arxayınçılıq “Borussiya”ya baha başa gələ bilər. O, xüsusən ilk dəqiqələrdə diqqətli olmağın gərəkliyini vurğulayıb. Gənc futbolçu fikirlərini əsaslandırmaq üçün Almaniya çempionatının ilk turunda öz meydançalarında 0:2 hesabı ilə uduzduqları “Bayer”ə qarşı matçı misal göstərib. Avqustun 22-də baş tutan görüşdə leverkuzenlilər Trankilyo Barnettanın 19-cu, Renato Auqustonun isə 22-ci dəqiqəqə vurduqları qolların sayəsində qələbəyə nail olublar. Şahin “Qarabağ”ın da məhz ilk yarım saat ərzində yüksək səviyyəli oyun sərgilədiyini qeyd edib: “Rəqibimiz 0:4 hesablı məğlubiyyəti aradan qaldırmaqdan ötrü erkən qol vurmağa çalışacaq. Bu zaman biz “Bayer”lə matçda olduğu kimi səhvlərə yol verməməliyik”.
Türkiyəli oyunçu “Bayer”ə məğlubiyyətin “Borussiya”nın psixoloji hazırlığına hər hansı təsir göstərib-göstərmədiyi haqda sualı da cavablandırıb: “Biz “Bayer”ə qarşı pis çıxış etmədik. Sadəcə, rəqib səhvlərimizdən maksimum yararlandı. Amma “Qarabağ”la görüşdə biz ustalıq səviyyəsi baxımından daha üstünük. Ona görə də ilk qarşılaşmadakı böyük fərqi əldən verməyəcəyik”.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Borussiya” matçı Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

878