“Liverpul”un futbolçusu “Yuventus”da
26 avqust 2010 11:59 (UTC +04:00)

“Liverpul”un futbolçusu “Yuventus”da

Lent.az-ın məlumatına görə, qarşıdakı mövsümü Akvilani Turin komandasında icarə əsasında çıxış edəcək.

Sonradan isə “Yuve”nin 16 milyon avro qarşılığında yarımmüdafiəçinin transfer hüququnu əldə etmək hüququ olacaq.

Alberto Akvilani karyerasının böyük hissəsini “Roma”da keçirib. Ötən ilin yayında o, “Liverpul”a transfer olub. Lakin 26 yaşlı oyunçu ardıcıl zədələr üzündən az-az meydançaya çıxıb. Akvilani İtaliya yığmasında 2006-cı ilin noyabrında debüt edib. O, 2008-ci il Avropa çempionatında iştirak etsə də, 2010-cu il dünya çempionatına yollanan heyətə düşməyib.

Qeyd edək ki, “Yuventus” yay transfer dövründə müdafiəçi Leonardo Bonuççi və Marko Motta, yarımmüdafiəçi Simone Pepe və Miloş Krasiçi də alıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 854

Oxşar yazılar