UEFA Superkuboku matçını qalmaqallı hakim idarə edəcək
Lent.az-ın məlumatına görə, Monte-Karlo şəhərində təşkil olunacaq qarşılaşmanı isveçrəli referi Massimo Buzakka idarə edəcək.
Buzakka son zamanlar tez-tez tənqidə məruz qalıb. 2010-cu il dünya çempionatında ona cəmi 1 oyun həvalə olunub. CAR və Uruqvay arasında keçirilən həmin görüşdə baş hakim mübahisəli qərarı ilə diqqət çəkib. O, CAR-ın qapıçısı İtumelenq Kxunanın Uruqvay millisinin forvardı Luis Suaresə qarşı hərəkətini kobudluq kimi dəyərləndirib. Kxunanı meydançadan qovan Buzakka afrikalıların qapısına penalti təyin edib. Görüş Uruqvayın 3:0 hesablı qələbəsi ilə nəticələnib. Matçdan sonra CAR-ın baş məşqçisi Karlos Alberto Parreyra bildirib ki, Buzakka dünya çempionatına çağırılmağa layiq deyildi.

851