Azərbaycan millisində 75 yaşlı baş məşqçi – EKSKLÜZİV
Bu haqda Lent.az-a 75 yaşlı mütəxəssisin özü məlumat verib. Üseynov bildirib ki, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərov onun qarşısına 2012-ci il London Yay Olimpiya Oyunlarında qadın ağırlıqqaldıranlarımızın da iştirakını təmin etmək tapşırığı qoyub. Bu məqsədlə Üseynovun sərəncamına 3 idmançı – Səbinə Rzayeva (63 kq), Silviya Angelova (48 kq) və Rumyana Petkova (+75 kq) verilib. Amma gələcəkdə qadın atletlərin sayı arta bilər: “Angelova və Petkovanın gələn ay Türkiyənin Antalya şəhərində keçiriləcək dünya çempionatında iştirakı nəzərdə tutulub. Ağırlıqqaldırma növündə qadınların mübarizəsində 8 çəki dərəcəsi var. Demək, bizə daha 5 atlet də lazımdır. Hələlik Rusiya və Qazaxıstandan olan ağırlıqqaldıranlarla danışıqlar aparılır”.
Qeyd edək ki, Məmməd Üseynov 1959-cu ildən məşqçi kimi çalışır, idman ustasıdır. Üseynov 2001-ci ildə Azərbaycanın kişilərdən ibarət yığmasının baş məşqçisi olub. Həmin il Slovakiyanın Trençin şəhərində keçirilən Avropa çempionatında onun rəhbərliyi altında çıxış edən atletlərdən Nizami Paşayev (94 kq) qızıl, Elxan Süleymanov (62 kq) gümüş, Turan Mirzəyev (69 kq) isə bürünc medal qazanıb. Sonradan Üseynov səhhətindəki problemləri səbəb göstərərək, istefa verib. Onu dağıstanlı mütəxəssis Əfsət Əfsətov əvəzləyib.
Elşən Məmmədov

986