Braziliya millisinin futbolçusu “Rubin”də
24 avqust 2010 16:27 (UTC +04:00)

Braziliya millisinin futbolçusu “Rubin”də

Lent.az-ın “Rubin”in rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə bağlanılıb. Qeyri-rəsmi xəbərlərdə “Hoffenhaym”ın bu transferdən 20 milyon avro qazandığı bildirilir.


Karlos Eduardo karyerasına başladığı Braziliya “Qremio”su ilə 2007-ci ildə Libertadores Kubokunun finalınadək irəliləyib. Həmin ilin avqustunda o, “Hoffenhaym”a keçib. Almaniya klubunda 80 matçda 18 qol vuran Eduardo 2009-cu ilin noyabrında Braziliya millisində debüt edib. Yarımmüdafiəçi “pentakampeonlar”ın 2010-cu il dünya çempionatı üçün geniş heyətində yer alsa da, 23 nəfərlik yekun siyahıya düşməyib. O, ümumilikdə millidə 4 oyuna çıxıb.


Qeyd edək ki, “Rubin” klubu yay transfer dövründə hücumçu Obafemi Martins və Aleksey Medvedevi, müdafiəçi Oleq Kuzmini, qapıçı Gedryus Arlauskisi alıb. Komandanı hücumçu Aleksandr Buxarovla yarımmüdafiəçi Sergey Semak tərk edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829

Oxşar yazılar