AFFA-dan şok cəzalar
Lent.az-ın qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də baş tutan “Xəzər Lənkəran” – “İnter” matçında meydan sahiblərinin direktoru Höccət Hacıyev 9 min manat, qonaqların baş məşqçisi Kaxaber Tsxadadze 5 min manat cərimələnib.
Matçın 85-ci dəqiqəsində Tsxadadze rəqib həmkarı Mirça Redniki təhqir etdiyi üçün texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən ona cərimədən əlavə 5 oyunluq cəza kəsilib.
Oyundan sonra isə Hacıyev hakimlər otağına girərək, onların ünvanına nalayiq ifadələr işlədib və hədə-qorxu gəlib. Buna görə “Xəzər Lənkəran”ın direktoru 10 oyunluq cəzaya da məhkum olunub. Qərara əsasən, Hacıyev oyun zamanı futbolçuların paltardəyişmə otağına, meydançaya və ona bitişik ərazilərə daxil ola bilməz. Bu qadağa cəza müddəti bitənədək davam edəcək.
Avqustun 22-də keçirilən “Bakı” – “Qəbələ” matçında isə futbolçular intizamsızlığa yol veriblər. 30-cu dəqiqədə “Bakı”nın qapıçısı Xalidu Sissoko rəqibə qarşı qeyri-etik jestə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. İntizam Komitəsi seneqallı qolkiperi 3 oyunluq cəzalandırıb, klubunu 2 min manat cərimələyib. 89-cu dəqiqədə “Qəbələ”nin futbolçusu Milan Antiç rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Antiçə 6 oyunluq cəza, “Qəbələ”yə 5 min manat cərimə kəsilib. Oyunun 90+2-ci dəqiqəsində “Qəbələ”nin daha bir futbolçusu Lyuba Baranin rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Baranin 3 oyunluq cəzaya, klubu isə 2 min manat cəriməyə məruz qalıb.

835