“Rubin”in futbolçusu “Neftçi”ni aldatdı
Lent.az-ın Kazan klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 23 yaşlı yarımmüdafiəçi Rusiya Premyer Liqasında çıxış edən “Sibir”ə mövsümün sonunadək icarəyə verilib.
Beləliklə, Qaliullin Avropa Liqasının qrup mərhələsində oynamaq imkanı qazanıb. Amma bundan ötrü “Sibir” “pley-off” mərhələsinin ilk oyununda Novosibirskdə PSV üzərində qazandığı 1:0 hesablı üstünlüyünü səfərdə də qorumalıdır. Cavab görüşü avqustun 26-
da Eyndhovendə baş tutacaq.
Qeyd edək ki, “Neftçi”də bir neçə gün baxışda olan Vagiz Qaliullin paytaxt klubunu tərk edib. Flaqman rəhbərliyi bunu Qaliullinin atasının səhhətinin pisləşməsi ilə əlaqələndirib.

688