Bakıya gələn tanınmış futbolçu karyerasını bitirdi
Lent.az-ın məlumatına görə, 37 yaşlı müdafiəçi mövsümlərarası dövrdə ABŞ-ın bir sıra klublarından təklif aldığını, lakin yekunda butslarını mıxdan asmağa qərar verdiyini bildirib. Panuççi okeanın o tayında oynamaqdan imtinasını futbola əvvəlki ehtirasının qalmaması və karyerasını davam etdirməyə hazır olmaması ilə əlaqələndirib. O, karyerasında ən yaddaqalan hadisə kimi İspaniya “Real”ının heyətində 1998-ci ildə Çempionlar Liqasını qazanmasını göstərib: “Mən “kral klubu” ilə bu kuboku qazanan ilk italiyalıyam”.
Qeyd edək ki, Kristian Panuççi peşəkar karyerasına 1991-ci ildə İtaliyanın “Cenoa” klubunda başlayıb. Sonra o, “Milan”, “Real”, “Çelsi” (İngiltərə), “Monako” (Fransa), “Roma” və “Parma”da çıxış edib. Panuççi İtaliya yığmasında 54 matçda 4 qol vurub. Müdafiəçi 2004-cü il Avropa çempionatının seçmə qrup matçında Azərbaycan yığmasına qarşı forma geyinib. 2002-ci il sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən həmin görüşdə Panuççi İtaliya millisinin heyətində 90 dəqiqə oynayıb. Oyun “Skuadra Adzurra”nın qələbəsi ilə nəticələnib – 2:0.

937