“Real”ın müdafiəçisi 4 oyunu buraxacaq
28 noyabr 2020 17:08 (UTC +04:00)

“Real”ın müdafiəçisi 4 oyunu buraxacaq

İspaniyanın “Real” klubunun futbolçusu Daniel Karvahalın durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, zədədən əziyyət çəkən 28 yaşlı sağ cinah müdafiəçisinin yarım ay futbol oynamayacağı açıqlanıb.

Yenidən zədə alan İspaniya millisinin üzvü dekabrın ortalarında kollektivə qoşula biləcək. Futbolçu “kral klubu”nun 4 oyununu – “Alaves”, “Şaxtyor”, “Sevilya” və “Borussiya” (Mönhenqladbax) ilə matçlarını buraxacaq. La Liqanın XIII turu çərçivəsində dekabrın 12-də “Atletiko”ya qarşı keçiriləcək görüşə dönüşü gözlənilir.

Qeyd edək ki, Daniel Karvahal zədələr səbəbindən bu mövsüm cəmi 5 oyunda meydana çıxıb.

# 1918
avatar

Oxşar yazılar