Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Sileks”lə qarşılaşacaq “Qarabağ” növbəti dəfə koronavirus testindən keçib.
Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov məlumat verib.
Klub rəsmisi bildirib ki, komanda üzvləri bu gün səhər saatlarında testdən keçiblər. Futbolçular sabah oyuna yollanarkən testin cavabları əllərində olacaq və yoxlanılaraq arenaya buraxılacaqlar.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş 20:00-da start götürəcək.