“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə (Moldova) keçirəcəyi oyunun hakimlər briqadası dəyişdirilib.
Apasport.az saytının məlumatına görə, UEFA Ukraynadan olan hakimləri Bakıya göndərmək qərarına gəlib.
Qitə futbol qurumu avqustun 19-da qazaxıstanlı referiləri bu matça təyin etsə də, qərarında dəyişiklik edib. Görüşü ukraynalı Mikola Balakin idarə edəcək. Ona həmyerliləri Viktor Matyaş və Sergey Pristupa kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Kovalenko yerinə yetirəcək.