"Milan"ın 24 ildəki ən uğurlu seriyası dayandı
06 noyabr 2020 10:14 (UTC +04:00)

"Milan"ın 24 ildəki ən uğurlu seriyası dayandı

Avropa Liqasının III turunda “Lill”i qəbul edən “Milan” 0:3 hesabı ilə məğlub olub.

Apasport.az saytının məlumatına görə, bununla “rossonyerlər”in uğurlu seriyası qırılıb.

Bu mövsüm bütün turnirlərdə ilk yenilgisini alan İtaliya klubunun məğlubiyyətsiz oyunlar seriyası 24 oyunda dayanıb. Axırıncı dəfə martın 8-də meydanı başıaşağı tərk edən A seriyası təmsilçisi son 24 ilin ən uzun seriyasına imza atıb.

Qeyd edək ki, Avropa Liqasının H qrupunda qərarlaşan “Milan” hazırda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1075
avatar

Oxşar yazılar