"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne klubdan ayrılmaqla bağlı fikrini dəyişib.
Apasport.az saytının məlumatına görə, komandanın lideri istənilən halda başqa kluba keçməyi düşünmür.
Hətta İdman Arbitraj Məhkəməsi (CAS) "şəhərlilər"in 2 il müddətinə avrokuboklardan kənarlaşdırılma cəzasını təsdiqləsə belə, De Bruyne komandada qalacaq. 29 yaşlı orta sahə oyunçusunun həyat yoldaşı Mişel hazırda 3-cü uşağa hamilədir. Bu üzdən cütlük həyatlarında hər hansı dəyişiklik planlaşdırmır.
Qeyd edək ki, Kevin De Bruyne cari mövsüm Premyer Liqada 32 oyun keçirib, 11 qol vurub, 19 məhsuldar ötürmə verib.