"İişçi vizasını almaq üçün Sankt-Peterburqa gəlmişdim. Artıq bunu yoluna qoydum və şadam ki, bu gün Superkubokda oynamaq ehtimalı qazandım".
Bunu apasport.az saytına "Narva Trans"ın hücumçusu Nurlan Novruzov deyib.
U-21 yığmamızın sabiq üzvü Estoniya Superkubokunu qazanmaq üçün meydanda olub-olmayacağı haqda danışıb. Novruzov ikinci yarıda meydana çıxacağını ehtimal edib: "Vizanı alaraq, Estoniyaya gəlməyim hamını sevindirdi. "Flora"ya qarşı oynayacam, ya yox, bunu dəqiq bilmirəm. Çünki 7-8 gündür ki, məşq etməmişəm. Tam hazır olduğumu düşünmürəm. Amma hər halda, ikinci hissə meydana çıxaram. Biz Superkubolu qazanmağı çox istəyirik. Çempionat öncəsi gözəl başlanğıc olardı".