“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı
26 avqust 2020 02:18 (UTC +04:00)

“Beşiktaş” Çempionlar Liqası ilə vidalaşdı

Bu gün Çempionlar Liqasında (ÇL) II təsnifat mərhələsi start götürüb.
Apasport.az saytının məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutub.

III təsnifat mərhələsinə ilk vəsiqələrin sahibləri eyni vaxtda başlayan matçlarda bəlli olub. “Tirana” və “Srvena Zvezda” Çempionlar yolunda münasibətlərini ayırd ediblər. Albaniyadakı görüşdən qonaqlar qalib ayrılıb.

Liqa yolunda isə qonşu Türkiyə təmsilçisi “Beşiktaş” meydana çıxıb. İstanbullular çətin Yunanıstan səfərində PAOK-la üz-üzə gəlib. Matça sürətli başlayan meydan sahibləri ilk yarım saatda vurulan qollar sayəsində qalibiyyətə seviniblər. Türkiyə təmsilçisinin gücü təsəlli qoluna çatıb.

Beləliklə, “Srvena Zvezda” və PAOK turnirdəki yoluna davam edibsə, "Tirana" ilə "Beşiktaş" ÇL-lə vidalaşaraq Avropa Liqasına yuvarlanıb.

Qeyd edək ki, bir oyundan ibarət olan mərhələnin digər 11 cütü avqustun 26-da üz-üzə gələcək.
 

Çempionlar Liqası
II təsnifat mərhələsi
25 avqust
Çempionlar yolu
22:00. "Tirana" (Albaniya) - “Srvena Zvezda” (Serbiya) - 0:1
Tomane, 62
Liqa yolu
22:00. PAOK (Yunanıstan) - “Beşiktaş” (Türkiyə) - 3:1
Tzolis, 7, 24; Pelkas, 30 - Larin, 37

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2680
avatar

Oxşar yazılar