“Bavariya”nın darmadağını Kovaçın “evini yıxdı”
04 noyabr 2019 11:33 (UTC +04:00)

“Bavariya”nın darmadağını Kovaçın “evini yıxdı”

Münhenin  “Bavariya” klubunun baş məşqçisi Niko Kovaç istefaya göndərilib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, bu qərar tərəflərin qarşılıqlı razılaşması əsasında qəbul olunub.

Baş məşqçi vəzifəsini klubun məşqçilər heyətinə daxil olan Hans Flik icra edəcək.

“Bavariya” noyabrın 2-də Almaniya çempionatının 10-cu turunda 1:5 hesabı ilə “Ayntraxt”a uduzub.

Komanda hazırda turnir cədvəlində 4-cü sıradadır. 18 xalı olan Münhen klubu lider “Borrusiya”dan  (Münhenqladbah) 4 xal geridə alır. 

Niko Kovaç “Bavariya”ya 2018-ci ilin yayından rəhbərlik edirdi. Klub onun rəhbərliyi altında Almaniya çempionatının, Kubokun və ölkə Superkubokunun qalibi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1091
avatar

Oxşar yazılar