Münhenin “Bavariya” klubu “Mançester Siti” və Almaniya millisinin yarımmüdafiəçisi Leroy Saneni transfer edib.
Lent.az xarici mediaya istunadla bildirir ki, Almaniya çempionu 24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalayıb. Onun yeni klubunda illik maaşı 17 milyon avro olacaq.
“Bavariya” Sane üçün 60milyon avro ödəyib.
Sane 2016-cı ildə “Mançester Siti”yə Almaniyanın “Şalke” klubundan 50 milyon avroya keçib.
O, İngiltərə klubunun heyətində bütün turnirlərdə 135 oyun keçirib, 39 qol vurub, 45 məhsuldar ötürmə verib.