"Barselona"nın prezidenti Setyenlə bağlı son sözü dedi
06 iyul 2020 19:12 (UTC +04:00)

"Barselona"nın prezidenti Setyenlə bağlı son sözü dedi

"Barselona"nın prezidenti Xosep Bartomeu baş məşqçi Kike Setyenlə bağlı gəzən söz-söhbətlərə son qoyub.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubunun rəhbəri çalışdırıcının mövsümün sonunda istefaya göndəriləcəyi xəbərini təkzib edib.

O, 62 yaşlı mütəxəssisə güvəndiklərini bildirib: "Bilirəm ki, şayiələr dolaşır. Bunlar yalandır. Setyen işini əla bacarır. Ona tam güvənirik. Çempionatda sona qədər mübarizə aparmaq lazımdır. Lider səhv edə bilər. Ondan sonra Çempionlar Liqasında oyun olacaq. Bu mövsüm hədəflərimiz var".

Qeyd edək ki, "Barselona" La Liqada 34 turdan sonra 2-ci pillədə qərarlaşır və lider "Real"dan 4 xal geri qalır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3220
avatar

Oxşar yazılar