“Barselona”nın prezidenti Jozep Bartomeu yaxın zamanda klubdan ayrılmayacaq oyunçuların adlarını açıqlayıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, o, gənc oyunçuları satmayacaqlarını bəyan edib.
“Trinkau, Pedri, Fati, Puç, Araujo – onların hamısı komandada qalacaq. Biz ter Şteqeni də satmayacağıq. “Barselona” gələcək üçün yeni nəsil yaradır”, - prezident vurğulayıb.
Xatırladaq ki, kataloniyalılar İspaniya çempionatını ikinci sırada başa vurublar. Çempion isə “Real” olub.