“Barselona” heyətini gücləndirməyə hazırlaşır.
Lent.az-ın məlumatına görə, Kataloniya klubu “Leqanes”in hücumçusu Martin Breytueytlə yaxından maraqlanır.
Luis Suares və Usman Dembele zədələndiyi üçün çətin vəziyyətdə qalan “Barselona”ya qış “transfer pəncərəsi” bağlansa da, yeni futbolçu almağa icazə verilib. Bundan sonra hərəkətə keçən İspaniya çempionu ön xətdəki boşluğu məhz Breytueytlə gücləndirmək niyyətindədir.
Kataloniyalılar bu keçidin baş tutması üçün 20 milyon avro xərcləməyə hazırdırlar. “Leqanes” rəhbərliyinin təklifə hansı cavabı verəcəyi maraqla gözlənir.
Qeyd edək ki, Danimarka yığmasının şərəfini qoruyan 28 yaşlı forvard ötən ildən “Leqanes”in formasını geyinir.