“Bakı”ya pul dalınca gəldiyini etiraf etdi - Maris Verpakovskis
23 aprel 2020 14:32 (UTC +04:00)

“Bakı”ya pul dalınca gəldiyini etiraf etdi - Maris Verpakovskis

“Azərbaycana getməzdən öncə Yunanıstanda “Erqotelis”də çıxış edirdim. Mövsümün yekununda statistik göstəricilərim pis deyildi”.

Apasport.az saytının məlumatına görə, bunu Latviya milli komandasının sabiq futbolçusu Maris Verpakovskis deyib.

Ukraynada şərəfini qoruduğu Kiyev “Dinamo”sunun rəsmi saytına müsahibə verən sabiq forvard Azərbaycan karyerasına da toxunub. 2011-ci ildə həmyerlisi və yığmadakı baş məşqçisi Aleksandr Starkovun rəhbərlik etdiyi “Bakı”ya keçən Maris böyük pullar dalınca gəldiyini, lakin futboldan zövq almadığını etiraf edib: “Yunanıstanın yüksək liqasının bir neçə klubu mənə orda qalmağı təklif edirdi. Amma həmin vaxt bütün Avropada böhran başladı. Mənə o qədər də sərfəli təkliflər olunmurdu. Həmin vaxt 30 yaşı arxada qoymuşdum. Ailəni təmin etmək barədə düşünmək zəruri idi. Azərbaycandan, Aleksandr Starkovun qəbul etdiyi komandadan maliyyə planında yaxşı, Yunanıstandakı ilə müqayisədə 4-5 dəfə yaxşı təklif aldıqda “Bakı”ya keçməyə razılaşdım. Orda ilyarım keçirdim, müqaviləmi şərəflə icra etdim, amma futboldan zövq almadım və müqaviləm bitdikdən sonra sevinclə Yunanıstana qayıtdım”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560
avatar

Oxşar yazılar