"Azərbaycanda 1,2 milyon avro qazana bilərdim" - Endi
23 aprel 2020 09:50 (UTC +04:00)

"Azərbaycanda 1,2 milyon avro qazana bilərdim" - Endi

Niderland millisinin sabiq futbolçusu Endi van der Meydenin karyerasını Azərbaycanda davam etdirmək variantı olub.

Apasport.az saytının məlumatına görə, bunu 41 yaşlı mütəxəssis özü ölkəsinin mətbuatına açıqlamasında bildirib.

"Ayaks"ın yetirməsi karyerasının sonlarında ölkəmizdən təklif aldığını, lakin əyləncəni futboldan üstün tutduğunu söyləyib: "Azərbaycanda 2 il ərzində 1,2 milyon avro qazana bilərdim. Amma artıq futbol oynamaq istəmirdim. Hər zaman məşq edə bilmərəm, çünki belədə qidalanmağıma diqqət yetirməli olacaqdım. Mən də yeyib-içməyə qərar verdim".

2012-ci ildə, 33 yaşında karyerasını başa vuran van der Meyde əyləncəni çox sevdiyini etiraf edib: "Amsterdamda böyük bir evim var idi. Orada ancaq yeyib-içmək məclisi təşkil edirdim. İçki, narkotik, qızlar...".

Qeyd edək ki, 2002-2004-cü illərdə Niderland yığmasının heyətində 17 matçda iştirak edən Endi van der Meyde karyerası ərzində "Ayaks", "Tvente", "İnter", "Everton", PSV və WKE klublarının formasını geyinib.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1941
avatar

Oxşar yazılar