“Aeroflot open” şahmat festivalında ilk azərbaycanlı qalib olub
28 fevral 2020 11:22 (UTC +04:00)

“Aeroflot open” şahmat festivalında ilk azərbaycanlı qalib olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.

İdarədən Lent.az-a verilən məlumata görə, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib və şəkli qurumun əsas səhifəsində yerləşdirilib.

Qeyd edək ki, bu, A.Süleymanlının ilk qələbəsi deyil. Məktəbli bundan öncə beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa və dünya çempionu adını qazanıb. 2019-cu ildə isə “Beynəlxalq ustad” adına layiq görülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1366
avatar

Aygün İbrahimli

Oxşar yazılar