Pişiklər  qisas alırmı?   - Bu 4 jest diqqətinizdən yayınmamalıdır
12 aprel 2025 10:17 (UTC +04:00)

Pişiklər qisas alırmı? - Bu 4 jest diqqətinizdən yayınmamalıdır

Evə qayıdırsınız və sevimli ev heyvanınız sizə arxasını çevirib, divarı cırıb?

“Bu qisasdır!” – deyə düşünürsünüz. Amma pişiklər hiyləgər planlar qurmurlar - onların “qisası” həmişə stressin, ağrının və ya qorxunun nəticəsidir. Lakin bəzi davranışları sahiblər çox vaxt qəsdən edilmiş hərəkət kimi qəbul edirlər. Əsl səbəbləri başa düşsəniz, evdəki harmoniyanı bərpa etmək asan olacaq.

Lent.az pişiklərlə bağlı maraqlı məlumatları təqdim edir:

1-ci jest - düzgün olmayan yerlərə işəmə

Pişik qəfil yataqda, ayaqqabıda və ya qapı yanında sidik izləri qoyur.

Bu, sizi “cəzalandırmaq” yox, narahatlıq siqnalıdır. Səbəblər: evdə yeni heyvanın peyda olması, mebellərin dəyişdirilməsi, uzun müddət evdən uzaqda olmağınız. Pişik ərazini nişanlayaraq özünü daha güvəndə hiss etməyə çalışır. Bəzən bu, sidik-cinsiyyət sistemi xəstəliklərinin əlaməti olur — ilk növbədə baytara aparın.

2-ci jest - əşyaların məhv edilməsi

Cırılmış mebel, yerə salınmış vazalar, dişlənmiş naqillər — vandalizm kimi görünə bilər. Əslində isə bu, diqqət çəkmək üsuludur. Pişik darıxır, kifayət qədər oynamır və sizi az görür. Bu dağıdıcı davranış — kömək çağırışıdır, cəzaya görə qisas deyil. Xüsusilə ağıllı və enerjili pişik cinslərində bu, daha açıq görünür.

3-cü jest - unitazı (qum qabını) ignor etmək
Pişik, təmiz olsa belə, tualetə getmir və yanına işəyir. Sahiblər bunu tez-tez “etiraz” kimi qiymətləndirirlər. Amma səbəblər daha dərindir: köç səbəbilə stress, yeni qum qabına etibar etməmək, ağrılı defekasiya (məsələn, qəbizlik) ilə pis assosiasiyalar. Bəzən pişik tualeti qorxulu hadisə ilə əlaqələndirir: məsələn, orada səsli bir şeyin düşməsi onu qorxudub.

4-cü jest - qəfil aqressiya

Pişik qəfil tıslayır, dişləyir və ya cırmaqlayır, görünən səbəb olmadan. Bu, qisas yox, şəxsi sərhədlərin pozulmasına reaksiyadır. Ola bilsin, onu tez-tez qucaqlayırsınız, istəksiz halda tumanlayırsınız və ya yuxuda ikən narahat edirsiniz. Aqressiya – “dayan” deməyin yoludur. Yaşlı pişiklərdə bu davranış artrit və ya nevroloji problemlərin əlaməti də ola bilər.

Vacibdir: “qisas”ı ov instinkti ilə qarışdırmayın.

Gecə ayağa hücum etməsi və ya qapı arxasında gizlənməsi – pis niyyət deyil. Bu, pişiyin təbii ov instinktidir. Həll yolu — yatmazdan əvvəl onu aktiv oyunla məşğul etməkdir ki, enerjisini sərf etsin.

Cəza problemi ağırlaşdırır

Xalçaya işədiyinə görə qışqırmaq və ya vurmaq təhlükə kimi qəbul edilir. Pişik qorxacaq, amma davranışla cəzanı əlaqələndirməyəcək. Bunun əvəzinə diqqəti yönəldin: əgər divanı cırırsa, ona catdırmaq üçün pişik otu ilə örtülmüş dırmaq taxtası verin. Doğru davranışlara mükafat verin. Əksər hallarda “qisas” – darıxmanın nəticəsidir. Gün boyu tək qalan pişik əyləncə axtarır. Ona interaktiv oyuncaqlar, tapmaca ilə işləyən yemliklər buraxın, quşlarla bağlı televiziya verilişini açıq qoyun. Günü yorğun bitirən pişik evi dağıtmayacaq.

Və ən əsası: pişiklər kinli deyillər

Onlar intiqam planlaşdırmırlar, sadəcə cari vəziyyətə reaksiya verirlər. Əgər davranışı qəfil dəyişibsə, sağlamlığını və yaşam şəraitini yoxlayın. Çox vaxt “qisas” – eşidilməli olan bir kömək çağırışıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 624

Oxşar yazılar

İtin eşitmə qabiliyyətini itirməsinə səbəb olan 3 SƏS

İtin eşitmə qabiliyyətini itirməsinə səbəb olan 3 SƏS

7 aprel 2025 , 14:26
İtlərin maraqlı və təəccüblü VƏRDİŞLƏRİ

İtlərin maraqlı və təəccüblü VƏRDİŞLƏRİ

5 aprel 2025 , 12:37
İnsanlar pişikləri necə evciləşdiriblər – Maraqlı Faktlar

İnsanlar pişikləri necə evciləşdiriblər – Maraqlı Faktlar

3 aprel 2025 , 11:41
İnsanlara ən yaxın dost olan HEYVANLAR

İnsanlara ən yaxın dost olan HEYVANLAR

2 aprel 2025 , 13:24
Pişiklər niyə qəfil quru yeməkdən  imtina edirlər?

Pişiklər niyə qəfil quru yeməkdən imtina edirlər?

29 mart 2025 , 13:34
Ən uzunömürlü 8 İt Cinsi

Ən uzunömürlü 8 İt Cinsi

27 mart 2025 , 12:11
Pişiklər nədən qorxur?

Pişiklər nədən qorxur?

25 mart 2025 , 13:01
Dünyanın ən bahalı 10 pişik cinsi

Dünyanın ən bahalı 10 pişik cinsi

24 mart 2025 , 12:18