Ölkənin əksər bölgələrində qar yağır - FAKTİKİ HAVA
20 fevral 2025 23:34 (UTC +04:00)

Ölkənin əksər bölgələrində qar yağır - FAKTİKİ HAVA

Fevralın 20-si saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. 

Lent.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər bölgələrində- Naxçıvan, Şərur,  Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Naftalan, Ceyrançöl, Tovuz, Ağstafa, Tərtər, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Göyçay, Şahdağ, Beyləqan, İmişli, Kürdəmir, Zərdab, Neftçala, Sabirabad, Biləsuvar,  Cəlilabad,  Ağsu, Yevlax, Mingəçevir, Yardımlı, Lerik, Ağdam, Füzuli, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Kəlbəcər, Laçın, Qubadlıda qar müşahidə olunur.

Şəmkir, Bərdə,  Lənkəran, Astarada isə yağış yağır.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq  isə Neftçalada 20 m/s-dək güclənib. 
Dənizdə dalğanın hündürlüyü 4.2 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1,  Naxçıvan MR-da 2, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta, Aran rayonlarında 2  dərəcəyədək isti qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 688

Oxşar yazılar

Sabahın hava proqnozu

Sabahın hava proqnozu

21 fevral 2025 , 20:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

20 fevral 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

20 fevral 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

19 fevral 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

19 fevral 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

18 fevral 2025 , 20:30
Günün hava proqnozu

Günün hava proqnozu

18 fevral 2025 , 09:30
Sabahın hava proqnozu

Sabahın hava proqnozu

17 fevral 2025 , 20:30