Bu rayonlara leysan yağıb
06 sentyabr 2025 12:12 (UTC +04:00)

Bu rayonlara leysan yağıb

0

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 6-sı saat 12:00-a olan məlumatına əsasən, ölkənin bir sıra ərazilərində yağıntılı hava şəraiti müşahidə olunub.

Bu barədə Lent.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bəzi yerlərdə yağıntılar leysan xarakterli olub.

Belə ki, düşən yağıntının miqdarı Daşkəsəndə 10, Gədəbəydə 6, Göygöldə 5, Tərtərdə 3, Bərdə və Yevlaxda 2, Kəlbəcər, Laçın, Qubadlı, Qusar, Quba, Xaltan, Şabran, Gəncə, Zaqatala, Balakən, Tovuz, Şəmkir, Oğuz, Qax, Naftalan, Göyçay, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2814

Oxşar yazılar