Rusiya onları Azərbaycana verdi
19 yanvar 2026 17:47 (UTC +04:00)

Rusiya onları Azərbaycana verdi

0

Beynəlxalq axtarışa verilmiş daha 3 şəxs ölkəmizə ekstradisiya edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, «Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşları Məmmədov Ruad Yaşar oğlu, Əsgərov Xəyal Rasim oğlu və Əyyubov Zaur Əyyub oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri müvafiq olaraq Rusiya Federasiyasının və Qazaxıstan Respublikasının Baş Prokurorluqları tərəfindən təmin edilmişdir.

Belə ki, Məmmədov Ruad Yaşar oğlu və Əsgərov Xəyal Rasim oğlunun külli miqdarda zərər vurmaqla dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilmiş və ibtidai istintaqdan qaçıb gizləndiklərinə görə beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətiriliblər.

Eyni zamanda, Yasamal rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə xeyli miqdarda ziyan vurmaqla törədilmiş oğurluq cinayət əməlinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Əyyubov Zaur Əyyub oğlu məhkəmədən gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib, Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycan Respublikasına gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 334

Oxşar yazılar