Bakıda oğurluq edən qardaşlar TUTULDU
19 yanvar 2026 15:12 (UTC +04:00)

Bakıda oğurluq edən qardaşlar TUTULDU

0

Bakıda oğurluq edən qardaşlar tutulub.

DİN-dən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində yerləşən evlərin birindən oğurluq edilib.

Belə ki, ev sahibi 5000 manat dəyərində məişət əşyalarının talanması barədə polisə məlumat verib. Səbail Rayon Polis İdarəsi 8-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən iki qardaş 31 yaşlı Elməddin Sadiqov və 29 yaşlı Ümüd Sadiqov saxlanılıblar.

Araşdırmalarla onların digər bir obyektin saxlanc yerindən də avtomobil ehtiyat hissələri oğurlayaraq satdıqları müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar