Bir neçə gündür mediada adı hallanan “Zerklani Əliyar” kimi tanınan 79 yaşlı sürücü Əliyar Dadaşov yenə gündəmə gəlib.
Lent.az xəbər verir ki, “Zerkalni Əliyar” bu dəfə 10-MM-100 dövlət qeydiyyat nişanlı “Toyota Prado” markalı avtomobilini piyada keçidinin üzərində saxlayıb.
Hadisə şahidlərinin sözlərinə görə, avtomobilini qanunsuz yerdə saxlayan sürücü sükan arxasındaca yatıb.
Qeyd edək ki, adı çəkilən sürücü barəsində bir neçə gündür mediada məlumatlar yayılıb. Məlumatlarda həmin sürücünün digər hərəkət iştirakçılarına təhlükə yaratması və kobud pozuntulara yol verməsi əks olunub. Dünən isə Əliyar Dadaşov 4 bal və 100 manat məbləğində cərimələnib.