Rusiyada azərbaycanlı biznesmen öldürülüb.
Lent.az xəbər verir ki, Zaqatala rayonundan olan 33 yaşlı Vasif Əliyev bıçaqlanaraq qətlə yetirilib.
Hadisənin motivi məlum deyil.
Mərhumun meyiti doğulduğu Zaqatala rayonuna gətirilərək dəfn edilib.
V.Əliyevin Rusiyada bizneslə məşğul olduğu bildirilir.