Zaqatalada yeniyetmə atasının maşınını qaçırıb ağaca çırpdı,  yaralananlar var
06 aprel 2024 23:11 (UTC +04:00)

Zaqatalada yeniyetmə atasının maşınını qaçırıb ağaca çırpdı, yaralananlar var

Zaqatalada yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Bəhmətli kəndində qeydə alınıb.  

Kənd sakinləri - 18 yaşlı Elvin Əziz oğlu Orucov və 16 yaşlı Yusif Zaman oğlu Zamanlı bədənin müxtəlif nahiyələrinin küt travması xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olublar.

İlkin müayinə zamanı yeniyetmələr  yıxılaraq xəsarət almaları bərədə məlumat veriblər.

Lakin araşdırmalar zamanı onların yalan danışdığı məlum olub. 

Onlardan biri atasının "Mercedes" markalı maşını gizlin götürərək sürüb. Nəticədə maşın idarəetmədən çıxaraq ağaca çırpılıb. 

 

# 15075
avatar

Oxşar yazılar