Zaqatalada sel aparan kişinin meyiti tapıldı - Hadisə yerindən VİDEO
23 sentyabr 2021 15:53 (UTC +04:00)

Zaqatalada sel aparan kişinin meyiti tapıldı - Hadisə yerindən VİDEO

Zaqatalada sel aparan kişinin meyiti tapılıb. 

Lent.az xəbər verir ki, bu gün Katex çayında sel aparan, Zaqatala rayon Qəbizdərə kənd sakini, 53 yaşlı Abdulbari Müslüm oğlu Abdulxalıqovun axtarışlarına FHN-in helikopteri cəlb edilib. Axtarışlar nəticə verib və meyit tapılaraq sudan çıxarılıb.  

Lent.az axtarış aparılan ərazidən çəkilmiş fotonu təqdim edir: 

***

saat 10:45

Zaqatala sakini Katex çayında boğulub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Mazıx kənd inzibati ərazisində baş verib. 53 yaşlı Zaqatala rayonu Qəbizdərə kənd sakini Abdulbari Müslüm oğlu Abdulxalıqov ərazidən axan Katex çayını keçməklə Balakən rayonunun Katex kəndi ərazisinə getmək istəyib. Bu zaman Abdulbari Abdulxalıqov suda boğularaq ölüb. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, sentyabrın 22-si axşam saatlarından bölgədə qeyri-sabit hava şəraiti hökm sürüb, Balakən və Zaqatala rayonlarına leysan yağıb. Katex çayında suyun səviyyəsi çoxalıb, çayda gecə saatlarında qısamüddətli sel keçib.

# 10047
avatar

Oxşar yazılar

Axtarışda idi, Xırdalanda tutuldu

Axtarışda idi, Xırdalanda tutuldu

19 aprel 2024 , 18:01
Bakıda bank kartından oğurluq edənlər tutuldu

Bakıda bank kartından oğurluq edənlər tutuldu

19 aprel 2024 , 16:33
Abel Məhərrəmovu məhkəməyə verdilər

Abel Məhərrəmovu məhkəməyə verdilər

19 aprel 2024 , 16:30
Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

Arvadına 22 bıçaq zərbəsi vuran Qaçay HƏBSDƏ ÖLDÜ

19 aprel 2024 , 16:11
Rüşvət alan polis mayoru  saxlanıldı

Rüşvət alan polis mayoru saxlanıldı

19 aprel 2024 , 15:27
Fermer həyətindən qızıl küpəsi  tapdı

Fermer həyətindən qızıl küpəsi tapdı

19 aprel 2024 , 14:43
Bakıda kişi evində yanaraq öldü

Bakıda kişi evində yanaraq öldü

19 aprel 2024 , 13:04
Bakıda yeniyetmə qız binadan yıxıldı

Bakıda yeniyetmə qız binadan yıxıldı

19 aprel 2024 , 12:02