Xəbərə qəfil dünyasını dəyişən Mehmanə Əminovanın fotosu əlavə olunub
***
Saat 20:30
Zaqatala sakini Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Lent.az xəbər verir ki, rayonun Yeni Suvagil kənd sakini, 1979-ci il təvəllüdlü Mehmanə Nurməmməd qızı Əminova bu gün səhər saatlarında yaşadığı ünvandan Təcili Tibbi Yardım çağırışı ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə təxliyə olunub.
M. Əminova Zaqatala RMX-nın Təcili Tibbi Yardım şöbəsinə daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Qeyd edək ki, M.Əminova Yeni Suvagil kənd tam orta məktəbində coğrafiya müəlliməsi işləyib. Onların evində ötən gecə övladının hərbi xidmətə yola salmaları ilə əlaqədar mərasim təşkil olunubmuş.