Zaqatalada imam qəfil dünyasını dəyişib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün günorta namazından sonra rayonun Muğanlı kəndinin imamı, həmin kənd sakini 43 yaşlı Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala rayon Mərkəzi Xəstəxanasına gətirilib. Tibbi yardıma baxmayaraq Elşən Musayevin həyatı xilas etmək mümkün olmayıb.
Onun ürək tutmasından keçindiyi bildirilir.
Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.