Zaqatalada 5 yaşlı uşağın üstündən “Kamaz” markalı yük avtomobili keçib.
Lent.az-ın məlumatına görə, hadisə axşam saatlarında Zaqatala şəhəri ərazisində baş verib.
Belə ki, 5 yaşlı Elman Məcid oğlu Şeyxəliyev 60 yaşlı Zaqatala şəhər sakini Hacıömər Hacırəhim oğlu Abbasovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin altında qalıb.
Hadisə zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan E. Şeyxəliyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə Korpusuna yerləşdirilib.
Azyaşlı xəstəxanaya daxil olduqdan bir qədər sonra dünyasını dəyişib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.