Zaqatalada DƏHŞƏT:  Məktəbliləri maşın vurdu, 2 ölü, 1 yaralı  - YENİLƏNİB
08 fevral 2024 15:15 (UTC +04:00)

Zaqatalada DƏHŞƏT: Məktəbliləri maşın vurdu, 2 ölü, 1 yaralı - YENİLƏNİB

Zaqatalada baş verən dəhşətli qəzada ölən məktəblilərin şəxsiyyəti məlum olub.

Lent.az xəbər verir ki, hadisə zamanı 2013-cü il təvəllüdlü Ramazan Babək oğlu İsayev və 2013-cü il təvəllüdlü Kamal Elçin oğlu Permadov aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.  

2013-cü il təvəllüdlü İbrahim Əziz oğlu İbrahimzadə isə ağır vəziyyətdə Zaqatala RMX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı  avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

***

saat 14:24

Zaqatalada 3 məktəblini maşın vurub. 

Lent.az xəbər verir ki, hadisə rayonun Göyəm kəndində qeydə alınıb. 

Dərsdən çıxıb evə gedən 3 məktəblini "Mercedes" markalı maşın vurub. 

İlkin məlumata görə, nəticədə məktəblilərdən ikisi ölüb, digərinin vəziyyəti ağırdır. 

Hazırda hadisə yerində araşdırma aparılır. 

Lent.az  hadisə yerindən fotoları təqdim edir:

 

Zaqatalada DƏHŞƏT:  Məktəbliləri maşın vurdu, 2 ölü, 1 yaralı Zaqatalada DƏHŞƏT:  Məktəbliləri maşın vurdu, 2 ölü, 1 yaralı Zaqatalada DƏHŞƏT:  Məktəbliləri maşın vurdu, 2 ölü, 1 yaralı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 38094
avatar

Oxşar yazılar